Kahramanmaraşda iki avtomobil toqquşub: Ölən və yaralananlar var

Kahramanmaraşda iki avtomobil toqquşub: Ölən və yaralananlar var backend

Kahramanmaraşın Pazarcık rayonunda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Pazarcık-Gölbaşı avtomobil yolunun Ulubahçe məhəlləsində M.E.C.K.-nin idarə etdiyi avtomobil əks istiqamətdə hərəkət edən S.K.-nin idarə etdiyi avtomobillə toqquşub.

Şahidlərin verdiyi məlumata əsasən, qəza yerinə təcili tibbi yardım, jandarma, polis və yanğınsöndürmə şöbələri göndərilib.

Tibbi yardım işçiləri sürücü M.E.C.K.-nin hadisə yerində öldüyünü bildiriblər.

Digər maşının sürücüsü və sərnişini təcili yardım maşını ilə Pazarcık Dövlət Xəstəxanasına aparılıblar.

Məlum olub ki, qəzada ölən M.E.C.K. İstanbulun Kağıthane rayonundakı  Ailə Sağlamlıq Mərkəzində (ASM) həkim işləyirmiş.

QAZİLER.AZ