Zelenski ABŞ-ın sülh planındakı ərazi güzəştləri barədə sərt danışdı

Zelenski ABŞ-ın sülh planındakı ərazi güzəştləri barədə sərt danışdı backend

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın sülh təşəbbüsü çərçivəsində Ukrayna ərazilərinin başqasına verilməsi ehtimalını qəti şəkildə təkzib edib.

Qaziler.az bildirir ki, RBC-Ukraynanın məlumatına görə, Zelenski bu açıqlamanı jurnalistlərlə söhbəti zamanı verib.

"Hər hansı bir ərazidən imtina etməyi düşünürükmü? Düzünü desək,  - Ukrayna qanunlarına, Konstitusiyamıza, beynəlxalq hüquqa görə, bizim heç bir qanuni haqqımız yoxdur. Və həmçinin heç bir mənəvi haqqımız yoxdur", o, vurğulayıb. 

Zelenski qeyd edib ki, Rusiya işğal olunmuş ərazilərin verilməsində israr etməyə davam edir, lakin Ukrayna heç bir güzəştə getməyəcək.

"Əlbəttə ki, Rusiya ərazilərimizdən imtina etməyimizdə israr edir. Biz qətiyyən heç nədən imtina etmək istəmirik — biz bunun üçün mübarizə aparırıq. Bunu çox yaxşı bilirsiniz", - Ukrayna prezidenti əlavə edib.

Eyni zamanda, o, ABŞ-ın "hazırda kompromis axtardığını", lakin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyinə açıq şəkildə sadiq qaldığını vurğuladı.

QAZİLER.AZ