Rusiyanın Samara hava limanında mülki təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Qaziler.az bildirir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) nümayəndəsi Artyom Korenyako dekabrın 8-də özünün Telegram kanalında yazıb.
"Samara hava limanı (Kurumoç). Təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda deyilir.
Bu gün bir qədər əvvəl Domodedovo hava limanında məhdudiyyətlər tətbiq edildiyi bildirilmişdi.



