Hərbçilərin maaşları artırılmayacaq, lakin təkmilləşdirilmiş şərtlərlə müqavilələr təklif olunacaq.
2026-cı il dövlət büdcəsində hərbçilərin əmək haqqının artırılması nəzərdə tutulmayıb. Eyni zamanda, hökumət müqaviləli xidmət üçün təkmilləşdirilmiş şərtlər hazırlayır.
Qaziler.az-ın RBC-Ukrayna istinadən xəbərinə görə, Ukraynanın müdafiə naziri Denis Şmıqal bu açıqlamanı Ali Radada hökumətin sual saatı zamanı verib.
Onun sözlərinə görə, büdcə layihəsində 2026-cı ildə hərbi qulluqçuların əmək haqqının artırılması nəzərdə tutulmayıb.
"Biz bütün hərbi qulluqçular üçün təkmilləşdirilmiş şərtlər təklif edəcək yeni müqavilə əsaslı xidmət tətbiq etməyi planlaşdırırıq. Xüsusilə, aktiv hərbi qulluqçular yeni forma üzrə müqavilələr imzalamaq və onlara əsasən daha çox pul almaq imkanı əldə edəcəklər", - Şmıqal deyib.
QAZİLER.AZ



