Hakan Fidan 23-cü Doha Forumunda iştirak edəcək

Hakan Fidan 23-cü Doha Forumunda iştirak edəcək backend

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətər Xarici İşlər Nazirliyinin ev sahibliyi etdiyi 23-cü Doha Forumunda iştirak etmək üçün Qətərə səfər edəcək.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verir.

Türkiyə Xarici İşlər Nazirliyinin mənbələrindən əldə edilən məlumata görə, Hakan Fidan 6-7 dekabr tarixlərində keçiriləcək 23-cü Doha forumunda iştirak edəcək.

Hakan Fidanın 6 dekabrda Forum çərçivəsində keçiriləcək "Parçalanma dövründə vasitəçilik" adlı açılış sessiyasında və  "Türkiyənin regionda sabitliyin təmin edilməsi üzrə fəaliyyətləri" adlı "newsmaker" sessiyasında müsahibə formatında çıxış etməsi gözlənilir.

Türkiyənin xarici işlər naziri həmçinin Forum çərçivəsində ikitərəfli görüşlər keçirəcək.

QAZİLER.AZ