Rusiyada avtomobillə məktəbliləri daşıyan avtobus toqquşdu: xəsarət alanlar var

Rusiyada avtomobillə məktəbliləri daşıyan avtobus toqquşdu:  xəsarət alanlar var backend

İnquşetiyanın paytaxtı Maqasda "Niva" markalı avtomobil məktəbliləri daşıyan "Qazelle" markalı mikroavtobusla toqquşub.

Qaziler.az bildirir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsinin mətbuat xidmətinin 5 dekabrda verdiyi məlumata görə, qəza nəticəsində beş nəfər xəstəxanaya yerləşdirilib.

"Yol qəzasında xəsarət alan müəllim və dörd uşaq K.Ujaxov adına Respublika Uşaq Klinik Xəstəxanasına yerləşdirilib", - 

Nazirlik mikroavtobusun toqquşmadan sonra aşdığını dəqiqləşdirib. Bəyanatda qeyd olunub ki, hadisə nəticəsində ölən olmayıb. Bütün zərərçəkənlərin vəziyyəti stabildir.

QAZİLER.AZ