Hindistan Rusiya üçün böyük tərəfdaşdır və Moskva ilə Yeni Dehli arasındakı münasibətlər inkişaf etmiş və çoxşaxəlidir.
Qaziler.az bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov dekabrın 4-də deyib.
"Hindistan, həqiqətən də, bizim böyük tərəfdaşımızdan biridir. Münasibətlərimiz təkcə tarixi və dərin köklərə malik deyil, həm də müasir dünyada çox inkişaf etmiş və çoxşaxəlidir", - deyə Peskov jurnalist Pavel Zarubinlə Telegram kanalında dərc olunmuş müsahibəsində bildirib.
O, həmçinin Rusiya və Hindistanın gələcəyə dair oxşar baxışlara malik olduğunu qeyd etdi və ölkələrin texnologiyalar mübadiləsi də daxil olmaqla ən həssas sahələrdə əməkdaşlıq etdiyini vurğuladı.
QAZİLER.AZ



