Başqırdıstanda helikopterin qəzaya uğramasının səbəbi məlum olub - VİDEO

Başqırdıstanda helikopterin qəzaya uğramasının səbəbi məlum olub - VİDEO backend

Başqırdıstanda Robinson A350 helikopteri mühərrikindəki nasazlıq səbəbindən qəzaya uğramış ola bilər.

Qaziler.az bildirir ki, bu barədə "112" Teleqram kanalı məlumat yayıb.

Başqırdıstanda "Robinson A350" helikopteri uçuş zamanı mühərrikin işə salınma ardıcıllığında yaranan nasazlıq, yəni mühərrikin işə salınma xətası səbəbindən qəzaya uğramış ola bilər.

Başqa bir versiya isə qəzanın uçuşa hazırlıq zamanı baş verən səhvdən qaynaqlandığıdır.

Pilot ciddi xəsarətlər alıb.

İlkin məlumata görə, helikopter StroyTEK şirkətlər qrupuna aiddir və Kamışlinski Melkombinat qəsəbəsindəki özəl eniş zolağından havaya qalxıb. Zərərçəkən respublika xəstəxanasına aparılıb və vəziyyəti ağır hesab olunur. Həkimlər qabırğalarının sınığı və kəllə-beyin travması diaqnozu qoyublar.

QAZİLER.AZ