Polşada Kommunist Partiyası qadağan edildi

Polşada Kommunist Partiyası qadağan edildi backend

Çərşənbə günü Polşa Konstitusiya Tribunalı (məhkəməsi) Polşa Kommunist Partiyasının fəaliyyətini qadağan edib.

Qaziler.az bildirir ki, bu barədə "Polsat News" məlumat yayıb.

Polşanın ali məhkəməsi Kommunist Partiyasının məqsəd və fəaliyyətlərinin totalitar rejimləri - nasizmi, faşizmi və kommunizmi təbliğ edən partiyaların fəaliyyətini qadağan edən Polşa konstitusiyasının müddəalarına zidd olduğuna qərar verib.

Nəticədə, qərar Polşa Kommunist Partiyasını qanunsuz elan edib və onu partiyaların reyestrindən çıxarıb.

Polşa Kommunist Partiyası 2002-ci ildə təsis edilib. Onun təsisçiləri Polşada kommunist rejiminin süqutundan sonra yaradılmış Polşa Kommunistləri Birliyi "Proletariat"ın üzvləri idi.

QAZİLER.AZ