Sankt-Peterburqda tülkü tramvayda gəzdi, kameraya düşdü - VİDEO

Sankt-Peterburqda tülkü tramvayda gəzdi, kameraya düşdü - VİDEO backend

Sankt-Peterburqda bir tülkü tramvayla Çernaya çayı ərazisinə gedib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Sankt-Peterburqda tülkü tramvaya minib və Çernaya  çayının yaxınlığında düşüb.

Heyvanın videosu "Maş na Moyke" Telegram kanalında yayımlanıb.

Kadrlarda qayışlı tülkü dayanacaqda tramvaydan düşüb digər sərnişinlərlə birlikdə yolu keçdiyi görünür.

Tülkü əvvəllər şəhərin müxtəlif yerlərində - Petroqradski, Krasnoqvardeyski və Kalininski rayonlarında, eləcə də Vasilyevski adasında tez-tez görülürdü. Bioloq Pavel Qlazkovun sözlərinə görə, soyuq havaların başlaması ilə tülkülər daha çox yemək axtarmaq üçün şəhərə daxil olurlar. Tülkülər müntəzəm olaraq şəhər hüdudlarında yaşayır və hətta çoxalırlar.

QAZİLER.AZ