Paşinyan Ermənistanda yoxsulluğun səbəbini vətəndaşların bacarıqsızlığında görüb

Paşinyan Ermənistanda yoxsulluğun səbəbini vətəndaşların bacarıqsızlığında görüb backend

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, ölkədə yoxsulluğun əsas səbəbi iş yerlərinin olmaması deyil, vətəndaşlar arasında zəruri bacarıqların olmamasıdır.

Qaziler.az RİA “Novosti” agentliyinə istinadla xəbər verir ki, o, bunu parlamentdəki çıxışı zamanı bildirib.

"Yoxsulluğun səbəbi iş yerlərinin olmaması deyil. Problem insanların yoxsulluqdan xilas olmasına imkan verəcək bacarıqların olmamasıdır", - erməni baş nazir deyib.

Paşinyanın sözlərinə görə, Ermənistanda yoxsulluğun öhdəsindən yalnız iş və peşəkar inkişaf yolu ilə gəlmək olar.

"Bir sözlə, əgər iş gəlirli deyilsə, o zaman təhsilə qayıtmalıyıq", - deyə o qeyd edib.

QAZİLER.AZ