Qazaxıstan niqab taxmağı qadağan etdi

Qazaxıstan niqab taxmağı  qadağan etdi backend

Qazaxıstan Parlamentinin aşağı palatası olan Məclis ictimai yerlərdə üzü tamamilə örtən geyim geyinməyə görə təxminən 80 dollar cərimə tətbiq edən "Hüquq pozuntularının qarşısının alınması haqqında" yeni qanun qəbul edib.

Qaziler.az xəbər verir ki, parlament bu barədə “Telegram” kanalında məlumat verib.

"İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər ictimai yerlərdə üzü örtən və onun tanınmasına mane olan geyim (niqab) geyinməyə görə inzibati məsuliyyət tətbiq edir. İlk dəfə xətaya görə xəbərdarlıq, təkrar xətaya görə isə 10 AEK (77 dollardan çox – red.) cərimə tətbiq olunacaq", - deyə bəyanatda bildirilib.

QAZİLER.AZ