Türkiyədə mərmər fabrikində yanğın baş verib

Türkiyədə mərmər fabrikində yanğın baş verib backend

Burdurun Bucak rayonunda bir fabrikdə baş verən yanğın söndürülüb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber xəbər verir.

Mütəşəkkil Sənaye Zonasındakı mərmər fabrikində hələlik məlum olmayan səbəblərdən yanğın baş verib.

Məlumatdan sonra hadisə yerinə yanğınsöndürənlər və polis göndərilib.

Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb.

QAZİLER.AZ