Ukrayna Prezidenti Volodimir Zelenski Floridada danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin İrlandiyaya gəldiyini açıqladı. O, əlavə etdi ki, artıq yekun sülh planı 20 bənddən ibarətdir.
Qaziler.az bildirir ki, RBC-Ukraynanın məlumatına görə, Zelenski bu açıqlamanı İrlandiyanın Baş naziri Maykl Martinlə mətbuat konfransında verib.
"ABŞ Prezidentinin komandası ilə ABŞ-da görüşən nümayəndə heyətimiz bu gün İrlandiyada toplaşıb. Artıq Cenevrədə hazırlanmış və Floridada yekunlaşdırılmış 20 bəndimiz var", - Ukrayna lideri qeyd edib.
Zelenski əlavə edib ki, Ukrayna üçün sülh planının bəzi müddəaları hələ də yekunlaşdırılmalıdır.
QAZİLER.AZ



