İranda böyük qızıl yataqları aşkar edilib

İranda böyük qızıl yataqları aşkar edilib backend

İran hakimiyyəti ölkənin şərqində böyük bir qızıl filizi yatağının kəşf edildiyini təsdiqləyib.

Qaziler.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Cənubi Xorasanda yerləşən Şadan mədənindəki qızıl ehtiyatları ilə bağlı son rəqəmlər İran Sənaye, Mədən və Ticarət Nazirliyinin müvafiq komissiyası tərəfindən təsdiqləndikdən sonra əhəmiyyətli dərəcədə artırılıb. Şadan ərazisində təsdiqlənmiş qızıl ehtiyatları 61 milyon ton olaraq qiymətləndirilir.

Hesabata görə, 7,95 milyon ton qızıl tərkibli oksid filizi, qalan 53,1 milyon ton isə qızıl tərkibli sulfid filizidir. Mediada yayılan məlumatlara görə, bu o deməkdir ki, Şadan ölkənin ən böyük qızıl mədənlərindən biri hesab edilə bilər.

QAZİLER.AZ