Səmərqənddə Rusiya tərəfində hərbi əməliyyatlarda iştirak edən gənc mühakimə edilib

Səmərqənddə Rusiya tərəfində hərbi əməliyyatlarda iştirak edən gənc mühakimə edilib backend

22 yaşlı Özbəkistan sakini işləməyə getdiyi Rusiyada narkotiklə tutulub və 9 il müddətinə həbs cəzasına məhkum edildi.

Özbəkistanın Kattakurqan Rayon Cinayət Məhkəməsində muzdlu olmaqda ittiham olunan 22 yaşlı K.E.-yə qarşı işə baxılıb.

Qaziler.az bildirir ki, bu barədə UzNews.uz-un müxbiri məhkəmənin hökmünə istinadən məlumat verib.

Məhkəmənin məlumatına görə, K.E. 2021-ci ildə işləmək üçün Rusiyaya gedib və həmin ilin dekabr ayında orada narkotik kuryeri kimi həbs olunaraq doqquz il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını çəkmək üçün Nijni Tagildəki 5 saylı Cəza Koloniyasına göndərilib.

Təqsirləndirilən şəxs bildirib ki, 2024-2025-ci illərdə Rusiya hərbi qulluqçuları cəza koloniyasındakı xarici məhbuslar arasında fəal şəkildə təbliğat aparıb, onlara azadlığa buraxılma, 1,8 milyon rubl məbləğində pul mükafatı, mənzil və Rusiya vətəndaşlığı müqabilində Rusiya-Ukrayna müharibəsində iştirak təklif ediblər.

Təqsirləndirilən şəxs bildirib ki, 2025-ci ilin yanvar ayında zorla Ryazan bölgəsindəki hərbi hissəyə göndərilib və daha sonra Donetsk və Luqanskda təlim keçib. O, döyüş əməliyyatlarında iştirak edib və 2025-ci ilin fevral ayında dron hücumu nəticəsində qəlpə yaraları alıb.

Vladivostokdakı xəstəxanada müalicədən sonra Səmərqənd sakini qaçıb və Moskvadakı Özbəkistan səfirliyi ilə əlaqə saxlayıb və oradan 27 iyul 2025-ci ildə Özbəkistana qaytarılıb.

QAZİLER.AZ