RBC-Ukraynanın həmtəsisçisi və baş direktor müavini Vladimir Şults vəfat edib. O, 54 yaşında idi.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna məlumat verib.
"Jurnalistin ölüm səbəbi kəskin ürək çatışmazlığı olub. Vladimir Nikolayeviç 1 dekabrda Kiyev bölgəsində dəfn edilib.
Vladimir nəşrin ruhu idi; o, 2006-cı ildə onun təsis edilməsinin ön sıralarında olub", məlumatda deyilir..
Nəşrin kollektivi onun ailəsinə və dostlarına başsağlığı verir və kədərini bildirir.
QAZİLER.AZ



