"RBC-Ukrayna"nın həmtəsisçisi vəfat edib

"RBC-Ukrayna"nın həmtəsisçisi vəfat edib backend

RBC-Ukraynanın həmtəsisçisi və baş direktor müavini Vladimir Şults vəfat edib. O, 54 yaşında idi.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna məlumat verib.

"Jurnalistin ölüm səbəbi kəskin ürək çatışmazlığı olub. Vladimir Nikolayeviç 1 dekabrda Kiyev bölgəsində dəfn edilib.

Vladimir nəşrin ruhu idi; o, 2006-cı ildə onun təsis edilməsinin ön sıralarında olub", məlumatda deyilir..

Nəşrin kollektivi onun ailəsinə və dostlarına başsağlığı verir və kədərini bildirir.

QAZİLER.AZ