Ukrayna sərhədçiləri Ukrayna prezident administrasiyasının keçmiş rəhbəri Andrey Yermakın ölkədən çıxışını qadağan edən əmr alıblar.
Qaziler.az xəbər verir ki, bu barədə 1 dekabrda Ali Radanın deputatı Oleksiy Qonçarenko bildirib.
"Andrey Yermakın Ukraynadan çıxışını qadağan edən məktub sərhəd məntəqələrinə daxil olub", - Qonçarenko özünün Telegram kanalında yazıb.
Elə həmin gün "Ukrainska Pravda" qəzeti Ukrayna prezidenti Vladimir Zelenskinin yaxın çevrəsinin üzvlərinin Yermakı işdən çıxarmaq səylərini əlaqələndirmək üçün gizli "çat" yaratdığını bildirib.
Söhbət iştirakçılarının dəqiq siyahısının məlum olmadığı bildirilir.
QAZİLER.AZ



