Tbilisidə “Vahid Neytral Gürcüstan” partiyasının təsis qurultayı keçirilib.
APA xəbər verir ki, toplantıda partiyanın nizamnaməsi təsdiqlənib, Vato Şakarişvili icraçı katib seçilib.
Siyasi birliyin əsas məqsədi cəmiyyətdə milli və ənənəvi dəyərlərin müdafiəsi olacaq.
Şakarişvili çıxışında bildirib ki, neytrallıq Gürcüstanı ərazi bütövlüyünün bərpasına yaxınlaşdıracaq.
O hesab edir ki, neytrallıq Gürcüstanın istər Orta Dəhlizdə, istərsə də digər iri ticari-logistika layihələrində rolunu gücləndirəcək, ölkədə uzunmüddətli sabit siyasi mühiti təmin edəcək.
Partiya 2028-ci ildə Gürcüstanda keçiriləcək parlament seçkilərinə qatılacaq.
Qeyd edək ki, “Vahid Neytral Gürcüstan” partiyası bu vaxta qədər ictimai hərəkat olub. Təşkilat ötən ilin iyulunda yaradılıb, hökumətyönlülüyü və anti-qərb mövqeyi ilə tanınır.



