Rusiyanın ən yaşlı qadını hesab edilən Klavdiya Qadyuçkina 29 noyabr 2025-ci ildə Yaroslavl vilayətində vəfat etdi.
Qaziler.az bildirir ki, bu barədə onun nəvəsi "KP-Yaroslavl"a danışıb.
Yaroslavl vilayət hakimiyyəti ənənəvi olaraq onun ad gününü hər il 24 noyabrda təbrik edib və 2025-ci ildə onun 116-cı doğum günü qeyd olunub. Lakin Avropa Uzunömürlülük Təşkilatı fərqli bir məlumata istinad etdi: onların məlumatlarına görə, Klavdiya Qadyuçkina 5 dekabr 1910-cu ildə anadan olub. Əgər ikinci tarix düzgündürsə, deməli, Klavdiya Mixaylovna 115 yaşına bir neçə gün qalmış 114 yaşında vəfat edib.
Tarixlərdəki uyğunsuzluqlara baxmayaraq, 2024-cü ildə o, əvvəlki rekordçunu üstələyərək Rusiyada bu yaşa qədər yaşayan ən yaşlı insan oldu.
QAZİLER.AZ



