Vladikavkaz, Volqoqrad, Qroznı və Maqas hava limanlarında mülki təyyarələrin qəbulu və uçuşuna müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
Qaziler.az bildirir ki, Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) nümayəndəsi Artyom Korenyako bu barədə özünün Telegram kanalında məlumat verib.
"Vladikavkaz (Beslan), Volqoqrad, Qroznı (Severnı) və Maqas hava limanları. Təyyarələrin gəlişi və yola düşməsinə məhdudiyyətlər aradan qaldırılıb", - məlumatda deyilir.
Korenyakonun sözlərinə görə, bu məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib. Bu məhdudiyyətlər dövründə Qroznıya uçan iki təyyarə alternativ aerodroma yönləndirilib.
QAZİLER.AZ



