KİV: Ukrayna üçün təhlükəsizlik zəmanətləri həll olunmamış qalır

KİV: Ukrayna üçün təhlükəsizlik zəmanətləri həll olunmamış qalır backend

Floridada ABŞ-Ukrayna danışıqlarından sonra Kiyev üçün Qərbin təhlükəsizlik zəmanətləri məsələsi həll olunmamış olaraq qalır.

 

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

 

Qəzetin məlumatına görə, 30 noyabrda keçirilən danışıqlar zamanı tərəflər Ukraynada seçkilərin keçirilməsi perspektivləri və ərazi məsələsi də daxil olmaqla bir sıra mövzulara toxunublar.

 

Müzakirələr zamanı Kiyev üçün təhlükəsizlik zəmanətləri də müzakirə olunub. Lakin qəzetin qeyd etdiyi kimi, bu məsələ hələ də həll olunmayıb.