"Xalqın Xidmətçisi" partiyası Yermakın istefasını dəstəkləyib

"Xalqın Xidmətçisi" partiyası Yermakın istefasını dəstəkləyib backend

Ukraynada prezident Volodimir Zelenskinin, administrasiya rəhbəri Andrey Yermakın istefa ərizəsini imzalamaq qərarı hakim “Xalqın Xidmətçisi” partiyası tərəfindən dəstəklənib.

Apa xəbər verir ki, bu barədə Ali Radadakı fraksiyasının rəhbəri David Araxamia bildirib.

"Biz, bir komanda olaraq, Volodimir Zelenskinin qərarını dəstəkləyirik", - o, “Telegram” hesabında yazıb.

Qeyd edək ki, Zelenski bu gün Yermakın istefa verdiyini açıqlayıb.