Yermak sabah Uitkoff və Trampın kürəkəni ilə görüşməli idi - "Axios"

Yermak sabah Uitkoff və Trampın kürəkəni ilə görüşməli idi -  "Axios" backend

Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermak bu həftə sonu ABŞ prezidentinin elçiləri Stiv Vitkoff və Cared Kuşnerlə Amerika "sülh planı"nın bəzi nüanslarını müzakirə etmək üçün Mayamiyə uçmalı idi.

Qaziler.az bildirir ki, bu barədə "Axios" məlumat yayıb.

Nəşr xatırladıb ki, istefasından əvvəl Yermak Ukraynanın Rusiya ilə sülh müqaviləsi üzrə danışıqlar qrupuna rəhbərlik edib. Ötən həftə sonu o, Cenevrədə ABŞ nümayəndələri ilə danışıqlar aparıb və nəticədə 28 maddəlik "sülh planı"na düzəlişlər edilib.

Yermakın bu həftə sonu sülh planının təfərrüatlarını müzakirə etmək üçün ABŞ-a səfər etməsi planlaşdırılırdı. Lakin onun istefası bu planları pozmuş kimi görünür.

QAZİLER.AZ