Niderlandlı fermerin inəklərini satmaq gürcü çobanlara baha başa gəldi

Niderlandlı fermerin inəklərini satmaq gürcü çobanlara baha başa gəldi backend

Gürcüstanda niderlandlı fermerin yanında işləyən çobanlar inəklərini soruşmadan satıb pullarını mənimsəyiblər.

Qaziler.az "qruziya-onlayn"a istinadən bildirir kibildirir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

"Samtsxe-Cavaxeti Regional Prokurorluğu tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilib ki, Niderland vətəndaşına məxsus mal-qaraya qulluq edən təqsirləndirilən şəxslər 298.170 lari dəyərində 194 baş mal-qaranı satıb və satışdan əldə edilən gəliri mənimsəyiblər", - məlumatda deyilir.

Hər iki şəxs Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi və 3-cü maddəsinin "b" bəndi - "bir qrup şəxs tərəfindən külli miqdarda mənimsəmə və ya israf etmə" ilə ittiham olunub. Bu cinayət 7 ildən 11 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Prokurorluq təqsirləndirilən şəxslərin məhkəməyəqədər həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edəcək.

QAZİLER.AZ