Gürcüstanda niderlandlı fermerin yanında işləyən çobanlar inəklərini soruşmadan satıb pullarını mənimsəyiblər.
Qaziler.az "qruziya-onlayn"a istinadən bildirir ki, bildirir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
"Samtsxe-Cavaxeti Regional Prokurorluğu tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilib ki, Niderland vətəndaşına məxsus mal-qaraya qulluq edən təqsirləndirilən şəxslər 298.170 lari dəyərində 194 baş mal-qaranı satıb və satışdan əldə edilən gəliri mənimsəyiblər", - məlumatda deyilir.
Hər iki şəxs Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi və 3-cü maddəsinin "b" bəndi - "bir qrup şəxs tərəfindən külli miqdarda mənimsəmə və ya israf etmə" ilə ittiham olunub. Bu cinayət 7 ildən 11 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Prokurorluq təqsirləndirilən şəxslərin məhkəməyəqədər həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edəcək.
QAZİLER.AZ



