Xəbər verdiyimiz ki, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak istefa verib.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün axşam müraciətində məlumat verib.
Yermakı əvəzləyəcək şəxs haqqında Ukrayna lideri hələlik konkret ad çəkməyib.
“Amma mən heç bir şayiə və ya fərziyyə olmasını istəmirəm. İdarənin yeni rəhbəri ilə bağlı sabah bu quruma rəhbərlik edə biləcək şəxslərlə məsləhətləşmələr aparacağam”, - deyə Zelenski bildirib.
Prezident həmçinin aydınlaşdırıb ki, Ukraynanı tərəfdaşlarla qarşıdakı danışıqlarda Baş Qərargah rəisi Andrey Hnatov, Xarici İşlər Nazirliyinin nümayəndələri, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və kəşfiyyat rəsmiləri təmsil edəcək.
QAZİLER.AZ



