Rusiyalı generalı öldürən ukraynalı hərbçiyə ömürlük həbs cəzası verildi

Rusiyalı generalı öldürən ukraynalı hərbçiyə ömürlük həbs cəzası verildi backend

Rusiyada İkinci Qərb Dairə Hərbi Məhkəməsi Ukrayna Təhlükəsizlik Xidmətinin hərbçisi İqnat Kuzini general-leytenant Yaroslav Moskalikin qətlində günahkar bilib və ömürlük həbs cəzasına məhkum edib.

Qaziler.az bildirir ki, bu barədə "İzvestiya"nın müxbiri 27 noyabrda məlumat verib.

 "Kuzinin son cəzası ömürlük həbsdir. O, cəzasının ilk 10 ilini həbsdə, qalan hissəsi isə xüsusi rejimli cəza koloniyasında çəkəcək. Ukraynalı, həmçinin, 2 milyon rubl cərimə ilə cəzalandırılacaq", - hakim elan edib ki,.

Kuzin son ifadəsində əməllərindən peşman olduğunu bildirib. O, bomba partlatmağı planlaşdırmadığını iddia edib və verilən məlumata görə, ölən general-leytenantın ailəsindən bağışlanmasını istəyib.

QAZİLER.AZ