Sabah Tbilisidə etiraz yürüşü keçiriləcək. Xüsusilə, paytaxtda iki yürüş planlaşdırılır.
Qaziler.az qruziya-onlayn-a istinadən bildirir ki, yerli vaxtla saat 19:00-da vətəndaşlar Tbilisi Dövlət Universitetinin 1-ci binasında və yürüşlərin başlayacağı köhnə İctimai Yayım binasınön önünə toplaşacaqlar.
Saat 20:00-da etirazçılar Rustaveli prospektindəki Gürcüstan Parlamentinin qarşısına yığışacaqlar.
Məlum olduğu kimi, aksiyaya professor-müəllim heyətinin nümayəndələri də qoşulacaq.
Müxalifət siyasətçiləri də daxil olmaqla, digər sahələrin nümayəndələri də yürüşə qoşulmaq niyyətindədirlər.
QAZİLER.AZ



