Türkiyə daxili İşlər naziri Ali Yerlikaya, Antalya mərkəzli 17 vilayətdə keçirilən "Narkokapan Antalya-2" əməliyyatında 458 şübhəlinin saxlanıldığını açıqladı.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber xəbər verir.
Türkiyə daxili işlər naziri Əli Yerlikaya vilayət polis idarəsində keçirilən mətbuat konfransında narkotiklərlə mübarizə çərçivəsində bu səhər Antalyada böyük bir əməliyyat keçirildiyini açıqladı.
Ali Yerlikaya Əməliyyata hazırlıq çərçivəsində məhəllələrdə və küçələrdə narkotik satan "satıcılar" kimi tanınan şəxsləri hədəf alan hərtərəfli texniki və müşahidə əməliyyatı keçirdiklərini bildirdi. O qeyd etdi ki, təxminən dörd ay davam edən bu əməliyyat şübhəlilərin əlaqələrini və hərəkət üsullarını ətraflı şəkildə müəyyən etməklə nəticələndi.



