Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Almaniyaya səfər edəcək.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verib.
O, Berlində türk icmasının nümayəndələri və iş adamları ilə görüşəcək. Danışıqlar Türkiyə-Aİ münasibətlərindən Qəzzadakı hadisələrə qədər geniş mövzuları əhatə edəcək.
Türkiyə Xarici İşlər Nazirliyinin mənbələrindən əldə edilən məlumata görə, Almaniya xarici işlər naziri Yohann Vadefulun dəvəti ilə baş tutacaq səfər Fidanın ölkəyə ilk ikitərəfli səfəri olacaq.
Nazir Fidanın səfər çərçivəsində Almaniyadakı türk iş adamları və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə də görüşməsi gözlənilir.
QAZİLER.AZ



