KTMT ölkələri transmilli təhdidlərə qarşı mübarizəni müzakirə ediblər

KTMT ölkələri transmilli təhdidlərə qarşı mübarizəni müzakirə ediblər backend

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin xarici işlər nazirləri, müdafiə nazirləri və Təhlükəsizlik Şurası katibləri Bişkekdə keçirilən birgə iclasda transmilli təhdidlərə, terrorizmə və kibertəhdidlərə qarşı mübarizə məsələlərini müzakirə ediblər.

 

"Report" xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

 

"Regional təhlükəsizliyin gücləndirilməsi, kollektiv müdafiənin effektivliyinin artırılması, xarici siyasət səylərinin əlaqələndirilməsi və müasir təhlükəsizlik çağırışlarına qarşı mübarizə məsələləri müzakirə edilib. İclas zamanı üzv dövlətlərin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığının strateji istiqamətləri üzrə, eləcə də terrorizm və kibertəhdidlər də daxil olmaqla transmilli təhdidlərə qarşı mübarizə tədbirləri barədə fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.

 

İclasın yekununda kollektiv təhlükəsizlik mexanizmlərinin daha da gücləndirilməsinə yönəlmiş qərarlar qəbul edilib. Xüsusilə, Narkotiklərə qarşı strategiya və növbəti beş il üçün hərbi əməkdaşlığın inkişafı planı qəbul edilib. Eyni zamanda, KTMT-nin MDB və Şanxay Əməkdaşlıq Təşkilatı da daxil olmaqla digər beynəlxalq təşkilatlarla tərəfdaşlığının inkişafına diqqət yetirilib.