Ermənistan parlamentinin sədri Alen Simonyan əlverişli anda Bakıya səfər etməyə hazır olduğunu bildirib.
Apa Ermənistan mediasına istinadən xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında deyib.
Simonyan azərbaycanlı həmkarı Sahibə Qafarovanı İrəvana dəvət etməyə də hazırlaşdığını, Azərbaycana səfərlə bağlı təklif olacağı təqdirdə, onu nəzərdən keçirə biləcəyini qeyd edib.



