İranın 18 əyalətində dərslər distant keçirilir - SƏBƏB

İranın 18 əyalətində dərslər distant keçirilir - SƏBƏB backend

Hava çirkliliyi və qrip epidemiyası (İnfluenza) səbəbindən bu gün İranın 18 əyalətində orta və ali təhsil müəssisələrində təhsil distant şəkildə həyata keçirilir.

Qaziler.az bildirir ki, İranın Farhikhtegan xəbər saytı distant təhsilin tətbiq olunduğu əyalətlərin siyahısını açıqlayıb.

Paytaxt Tehran, Əl-Borz, Qum, Qərbi və Şərqi Azərbaycan, Mərkəzi, Qəzvin, Semnan və İsfahanda şagirdlər hava çirkliliyi səbəbindən distant təhsil alırlar, Həmədan, Geylan, Yəzd, Kirman, Sistan-Bəlucistan, Cənubi və Şimali Xorasan, Xorasan ər-Rəzəvi və Zəncan əyalətlərində şagirdlər isə qrip epidemiyası səbəbindən məktəbə gedə bilmirlər.

İsveçrədə yerləşən hava monitorinqi şirkəti IQAir-in məlumatına görə, Tehran hazırda hava çirkliliyinə görə dünyada kubmetrə 225 mikroqramla Bağdad və Dehlidən sonra üçüncü yerdədir.

QAZİLER.AZ