Kiyev televiziya qülləsinə endirilən zərbənin görüntüsü yayılıb.
25 noyabr gecəsi Kiyev televiziya qülləsinə dronla zərbə endirilməsi güclü partlayışa səbəb olub Sosial şəbəkədə yayılan görüntülərdə qüllənin qalın tüstü buludları ilə örtüldüyü görünür.
İlkin məlumatlara görə, zərbə televiziya mərkəzinin idarəetmə otağını hədəf alıb. Ukrayna Mədəniyyət Nazirliyi işçilər arasında itki olmadığını bildirib. Müəssisədə yayımlar dayandırılıb, lakin hakimiyyət orqanları fasilənin müvəqqəti olacağını bildirib.
Kritik infrastruktura edilən hücum təkcə yayıma deyil, həm də şəhərin həyat təminatına təsir edib. Kiyev meri Vitali Kliçko Ukrayna paytaxtının bəzi ərazilərində elektrik enerjisi və su təchizatında fasilələrin olduğunu bildirib.
QAZİLER.AZ



