Zelenski Avropa liderlərinə Trampla görüşə qoşulmağı təklif edib

Zelenski Avropa liderlərinə Trampla görüşə qoşulmağı təklif edib backend

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampla görüşündə iştirak etməsini istərdi.

Qaziler.az bildirir ki, RBC-Ukraynanın məlumatına görə, Ukrayna lideri bunu "Qətiyyətlilər koalisiya"nın iclasında bildirib.

Zelenski ABŞ Prezidenti Donald Trampla görüşə artıq hazır olduğunu vurğulayıb.

"Müzakirə olunmalı həssas məsələlər var, onlar hələ də mövcuddur. Biz inanırıq ki, Avropa liderlərinin (görüşdə - red.) iştirakı faydalı ola bilər", - Ukraynanın dövlət başçısı əlavə edib.

QAZİLER.AZ