Rostovda 26 noyabr matəm günü elan edilib

Rostovda 26 noyabr matəm günü elan edilib backend

Ukrayna Silahlı Qüvvələrinin bölgəyə hücumundan sonra 26 noyabrda Rostov vilayətinin Neklinovski rayonunda matəm günü elan edilib.

Qaziler.az bildirir ki, bu barədə bələdiyyənin rəhbəri Vasili Danilenko məlumat verib.

"Mülki infrastruktura hücum və mülki şəxslərin ölümü ilə əlaqədar olaraq, 26 noyabrda Neklinovski rayonunda matəm günü elan edilib. Bütün müəssisələrdə dövlət bayraqları endiriləcək və əyləncə tədbirləri ləğv ediləcək", - deyə o, Telegram-da yazıb.

QAZİLER.AZ