Zelenski sülh müqaviləsini yekunlaşdırmaq üçün Trampla görüşməyə hazırdır - Yermak

Zelenski sülh müqaviləsini yekunlaşdırmaq üçün Trampla görüşməyə hazırdır - Yermak backend

Ukrayna Prezidenti Vladimir Zelenski müharibəyə son qoymaq üçün sülh planını yekunlaşdırmaq məqsədilə amerikalı həmkarı Donald Trampla ən qısa zamanda görüşməyə hazırdır. Bu, noyabrın 27-də baş verə bilər.

Qaziler.az-ın  məlumatına görə, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak "Axios"a bildirib.

"Ukrayna Prezidenti Vladimir Zelenski Prezident Trampla müharibənin bitməsi şərtləri ilə bağlı ABŞ-Ukrayna birgə razılaşmasını yekunlaşdırmaq üçün "mümkün qədər tez" görüşmək istəyir", - o deyib. 

Onun sözlərinə görə, iki prezident arasında görüş Trampın sülh planına "ağırlıq verə" və Rusiyaya məhz ABŞ-ın ona dəstəyini nümayiş etdirə bilər.

"Ümid edirəm ki, Prezident Zelenskinin səfəri mümkün qədər tez baş tutacaq, çünki bu, Prezident Trampa bu müharibəyə son qoymaq üçün tarixi missiyasını davam etdirməyə kömək edəcək", - Yermak vurğulayıb.

QAZİLER.AZ