Rusiya Prezidenti Vladimir Putin və Qırğızıstan Prezidenti Sadir Japarov Bişkekdəki Qələbə Meydanında "Əbədi məşəl"in önünə əklil qoyublar.
Qaziler.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti 25 noyabrda məlumat verib.
Kompleks İkinci Dünya Müharibəsində qələbənin 40-cı ildönümü şərəfinə ucaldılıb. Mərkəzi abidənin üç yarımqövsü yurdu simvolizə edir. Onların altında ərinin və oğullarının müharibədən qayıtmasını gözləyən ananın heykəli durur.
Rusiya prezidenti həmin gün Qırğızıstana dövlət səfəri ilə gəlib. Manas hava limanında təntənəli qarşılanma mərasimi keçirilib. Rusiya liderini təyyarənin pilləkənlərində Japarov qarşılayıb.
QAZİLER.AZ



