Rusiya qüvvələri Dnepr şəhərinə dronlarla hücum edib. Hücum nəticəsində bir gənc qadın və bir uşaq yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının rəhbəri Vladislav Qayvanenkonun Telegram kanalına istinadən məlumat yayıb.
"Dnepr şəhərində dron hücumu nəticəsində iki nəfər - bir gənc qadın və bir uşaq yaralanıb. Onlar xəstəxanaya aparılıblar", - Qayvanenko qeyd edib.
Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının rəhbərinin sözlərinə görə, düşmən zərbəsi dördmərtəbəli binaya və elektrik xəttinə də ziyan vurub.
QAZİLER.AZ



