Domodedovo hava limanında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib

Domodedovo hava limanında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib backend

Domodedovo hava limanında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) sözçüsü Artem Korenyako bu barədə 24 noyabrda məlumat verib.

"Domodedovo hava limanı. Təyyarələrin qəbulu və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - deyə o, Telegram kanalında yazıb.

Uçuş təhlükəsizliyini təmin etmək üçün bu tədbirin zəruri olduğu aydınlaşdırılıb.

Korenyako daha sonra məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.

QAZİLER.AZ