Türkiyədə şagird avtobusu aşdı: 29 yaralı

Türkiyədə şagird avtobusu aşdı: 29 yaralı backend

Türkiyənin Konya şəhərində tələbə avtobusu aşıb, 29 nəfər xəsarət alıb

Qaziler.az TRT-Haber-ə istibadən bildirir ki, Konyanın Beyşehir rayonunda tələbə avtobusu aşıb. Qəza nəticəsində 29 nəfər xəsarət alıb.

Huğlu məhəlləsindən Bəyşehirə tələbələri daşıyan Durmuş K.-nın idarə etdiyi şagird avtobusu Kayabaşı məhəlləsi yaxınlığındakı  aşıb.

Məlumat əsasında qəza yerinə çoxsaylı tibbi briqadalar göndərilib.

Sürücü və nəqliyyat vasitəsində olan 28 nəfər yaralanıb. Yaralılar təcili yardım maşını ilə Bəyşehir Dövlət Xəstəxanasına aparılıb.

Yoldan keçən bəzi sürücülər də şagirdlərin xəstəxanaya aparılmasına kömək ediblər.

Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilir.

QAZİLER.AZ