Yağışlar Urmu gölünü canlandıra bilər

Yağışlar Urmu gölünü canlandıra bilər backend

Son günlər yağan yağışlar Urmu gölünün bəzi hissələrində kiçik su təbəqəsi yaradaraq ümid doğurub.

Qaziler.az "Azad İran"a istinadən xəbər verir ki, bu, gölün tam məhv olmadığını göstərir.

Ancaq illərdir vəd edilən su transferi, qanunsuz quyuların bağlanması və suvarma islahatı ya həyata keçirilməyib, ya da korrupsiya səbəbindən nəticəsiz qalıb.

Ekspertlər vurğulayırlar ki, bir neçə günlük yağış milyardlarla büdcə sərf olunan "bərpa qərargahı"nın illərlə gördüyü işdən daha çox təsir göstərib.