Aİ liderləri Ukraynadakı müharibəyə son qoymaq üçün təcili alternativ plan hazırlayırlar - WSJ

Aİ liderləri Ukraynadakı müharibəyə son qoymaq üçün təcili alternativ plan hazırlayırlar - WSJ backend

Aİ liderləri Ukraynadakı müharibəyə son qoymaq üçün öz sülh planlarını hazırlayırlar və bu planın Kiyev üçün daha əlverişli olacağı gözlənilir.

Bu barədə RBC-Ukraine "The Wall Street Journala istinadən məlumat verib.

Nəşrin məlumatına görə, Avropa siyasətçiləri Kiyevi öz layihə sənədini dəstəkləməyə inandırmağa çalışırlar. Sənəd layihəsi, AB-nin fikrincə, Ukrayna üçün daha əlverişli şərtləri nəzərdə tutur.

"Avropa  planı bir neçə gün ərzində hazırlamağa ümid edir, lakin Kiyev hələlik ona qoşulmaq öhdəliyi götürməyib", - məlumatda deyilir.

Nəşrin müəllifləri həmçinin hesab edirlər ki, Avropa ABŞ-ın təklifindən narazılığını bildirmək üçün yeni bir plan hazırlaya bilər.

Dövlət katibi Marko Rubionun bu gün Avropa liderləri ilə Amerika təşəbbüsünü müzakirə etməsi gözlənilir.

Aİ liderləri ABŞ prezidenti Donald Trampın planını gizli şəkildə "Ukraynanın kapitulyasiyası" adlandırıblar və administrasiyanı bu təklifdən çəkindirmək üçün Vaşinqtondakı əlaqələrindən istifadə etməyə çalışacaqlar.

QAZİLER.AZ