Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İzmir, Ankara və İstanbulda keçirilən əməliyyatlarda 1 milyon 913 min ədəd uyuşdurucu ilə bərabər təxminən 2 milyon ədəd həb hazırlanacaq 426 kq kimyəvi maddənin ələ keçirildiyini və 6 şübhəlinin yaxalandığını deyib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verib.
Nazir Yerlikaya sosial media hesabında verdiyi açıqlamada bildirib ki, Təhlükəsizlik Baş İdarəsinin (EGM) Narkotiklərlə Mübarizə İdarəsinin koordinasiyası altında İzmir, İstanbul və Ankara Polis İdarələrinin Narkotik və Kəşfiyyat Şöbələri tərəfindən daha bir uğurlu əməliyyat həyata keçirilib.
Yerlikayanın açıqlamasına görə, üç əyalətdə eyni vaxtda aparılan əməliyyatlar nəticəsində 1 milyon 913 min narkotik həb və Təxminən 2 milyon narkotik həbinin istehsalına imkan verəcək 426 kiloqram kimyəvi maddə müsadirə edilib.
QAZİLER.AZ



