Rusiya Silahlı Qüvvələrinin "Qərb" qrupu Krasnıy Limanın ətrafı olan Maslıkovka yaşayış məntəqəsini nəzarətə götürüb.
Qaziler.az-ın TASS-a istinadən məlumatına görə, rusiyalı hərbçilər Ukrayna Silahlı Qüvvələrinin əsas müdafiə qalası olan şəhərin özünə doğru irəliləyirlər.
Bu barədə qrupun komandiri Sergey Kuzovlev Rusiya Prezidenti Vladimir Putinə məlumat verib.
"25-ci Ordunun hücum qrupları bölgənin ən böyük dəmir yolu qovşağı olan Krasnıy Liman şəhərinə doğru fəal şəkildə irəliləyir. Onun ətrafı olan Maslyakovka yaşayış məntəqəsi nəzarət altına alındı", - Kuzovlev vurğulayıb.
QAZİLER.AZ



