Rusiya Prezidenti Vladimir Putin yenidən hərbi forma geyinib.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, video Kremlin jurnalisti Pavel Zarubin tərəfindən Telegram kanalında yayımlanıb.
Putin sonuncu dəfə oktyabrın sonlarında "xüsusi hərbi əməliyyat" (Ukrayna) üçün komanda məntəqəsində hərbi formada görünüb.
20 noyabr cümə axşamı günü Rusiya lideri Qərb qüvvələr qrupunun komanda məntəqələrindən birinə baş çəkib. Kremlin sözçüsü bildirib ki, o, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Qərb və Cənub qrupları komandirlərinin Baş Əməliyyat İdarəsi ilə görüş keçirib.
QAZİLER.AZ



