Rusiya hava limanında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib

Rusiya hava limanında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib backend

Arxangelsk vilayətindəki Kotlas hava limanında təyyarələrin qəbulu və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Qaziler.az bildirir ki, Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) sözçüsü Artyom Korenyako bu barədə 20 noyabrda məlumat verib.

"Kotlas hava limanı. Təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - deyə o, Telegram kanalında yazıb.

O, həmçinin məhdudiyyətlərin uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olduğunu da açıqlayıb.

QAZİLER.AZ