"Dəyişiklik naminə koalisiya"nın liderlərindən biri olan Zurab Caparidze şərti azadlığa buraxılmaqdan imtina edib.
Qaziler.az "qruziya-onlayn"a istinadən bildirir ki, bu barədə onun rəsmi sosial media səhifəsində məlumat verilib.
"Zurab Caparidze artıq altı aydır ki, həbsdədir, bir ayı qalıb. Buna görə də, qanuna görə, o, şərti azadlığa buraxıla bilər. Bu gün ona bu hüquqdan istifadə etmək təklif edildi, lakin Rusiya rejimi ilə hər hansı bir əməkdaşlıq ehtimalını nəzərdən keçirmədiyi üçün Zurab Caparidze birmənalı şəkildə imtina etdi", - deyə məlumatda bildirilir.
QAZİLER.AZ



